Elxan Qasımov vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Elxan Qasımov vəfat etdi

Mədəniyyət

29 May 2023 19:33 5716


Tanınmış kinorejissor, Əməkdar artist, Elxan Qasımov vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd edək ki, Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir. Dominos pizza

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdü.

Aktyorun səhhətində bu ilin mayında problemlər yaranmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!