Elza Oqtay Əliyevlə bağlı bu sirri açdı: “İşə gəlməyə-gəlməyə...”

Elza Oqtay Əliyevlə bağlı bu sirri açdı: “İşə gəlməyə-gəlməyə...”

Mədəniyyət Veb saytların hazırlanması

23 Mart 2023 12:23 162267


“Çoxillik dostumu, qardaşımı, sirdaşımı itirmişəm. Oqtay Əliyev hələ uzun müddət yaşamalı, yaratmalıydı. Onun yeri həmişə görünəcək”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan deyib. İfaçı ötən gün yol qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevi bitib-tükənməz enerjiyə malik olan yaradıcı adam kimi xarakterizə edib. O, “Gül kimi şou" verilişində mərhumla bağlı fikirlərini bölüşüb: “Oqtay müəllim əsl sənət fədaisi iid. Onlar Dilarə xanımla bir-birilərini tamamlayırdılar. İkisi də həm istedadlı, həm də xeyirxah idi. Dilarə Əliyeva mərhum aktrisa Tünzalə Əliyevanı son nəfəsinə kimi yalnız buraxmadı. Hətta Novruz bayramını da onun qızı ilə birlikdə keçirdi. Tanıdıqları bütün insanlara qarşı bu cür mərhəmətlidirlər”. 

Elza Seyidcahan Oqtay Əliyevin xeyirxahlığından söz açıb: “Sizə bir sirr açmaq istəyirəm. Bildiyiniz kimi, bir müddət əvvəl dünyasını dəyişən aktrisa Tünzalə Əliyeva Oqtay müəllimin müəllifi olduğu layihələrdə çəkilirdi. O, Oqtay Əliyevin rəhbərlik etdiyi prodakşının əməkdaşı idi. Rəsmi iş yeri olduğuna görə hər ay ordan maaş alırdı. Səhhətiylə əlaqədar olaraq Tünzalə son illər işə çox az gəlirdi. Hətta xəstəliyi şiddətlənəndən sonra işdən tamamilə uzaqlaşdı. Amma Oqtay müəllim onu prodakşından uzaqlaşdırmadı. Müxtəlif layihələrə adını yazıb işə gəlməyə-gəlməyə maaş verirdi. Tünzalə xanım həmin pulla dərmanlarını alır, müalicəsini davam etdirirdi. Amma heç kim bunu bilmirdi. Çünki Oqtay Əliyev insanlara təmənnasız yaxşılıq edirdi”. 

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!