Elza Seyidcahanın AYB üzvlüyünə Kəramət Böyükçöldən reaksiya:   “Ordakıların elə ən fərlisi Elza xanımdır”

saytların hazırlanması

Evə çatdırılma

Elza Seyidcahanın AYB üzvlüyünə Kəramət Böyükçöldən reaksiya: “Ordakıların elə ən fərlisi Elza xanımdır”

Şou

05 İyul 2023 19:29 3079


Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv olması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bu məsələ ciddi müzakirə edilir. Əksəriyyət müğənnin ədəbiyyat sahəsində istedadsız olduğunu əsas gətirərək, ədalətsiz addım atıldığını dilə gətirib. 

Məsələyə tanınmış yazar Kəramət Böyükçöldən də reaksiya gəlib.  

Bizim.Media-ya danışan yazarın açıqlaması isə belə olub:  Marqarita pizza

“Görünür, adamlar Yazıçılar Birliyini çox ciddiyə alırlar. Ona görə Elza Seyidcahanın ora üzv olmasına belə təəccüblənirlər. Yazıçılar Birliyinin üç min üzvü var. O üzvlərin əksəriyyətinin şəxsiyyəti və yaradıcılığı ilə tanış olsanız, görərsiniz ki, elə ən fərlisi Elza xanımdır”, - deyə Kəramət Böyükçöl əlavə edib. 

Xatırladaq ki, Elza Seyidcahan ötən gün Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv qəbul edilib.

Ona üzvlük biletini Yazıçılar Birliyinin birinci katibi, xalq yazıçısı Çingiz Abdullayev təqdim edib. 

Məlumat üçün bildirək ki, Kəramət Böyükçöl Yazıçılar Birliyinin üzvülüyündən 2015-ci ildə çıxarılıb. Atası şair, publisist Qəşəm Nəcəfzadə isə Azərbaycan Yazıçılar Birliyində Uşaq ədəbiyyatı şöbəsinin müdiridir.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!