Əməkdar artist Elza Seyidcahan Vasif Məhərrəmli ilə bağlı qalmaqallı açıqlama verib.
Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, o, həmkarını yaxınının məclisinə az qonorara çağırdığını, Əməkdar artistin isə imtina etdiyini deyib.
Elza bildirib: “Vasiflə bir yerdə Milli Konservatoriyada oxumuşuq. Qazaxdakı evlərində qonaq da olmuşam. O, məndən xahiş etsə, gəlib toyda pulsuz oxuyaram. Amma mən heç vaxt dostlarımı pulsuz toya çağırmaram. Toyuqlu pizza
Musiqiçini pulsuz toya çağırmaq günahdır. Nəyə gücün çatır, onu da verməlisən. Bəzi ifaçılar var, deyirlər ki, mənim az qonorara ehtiyacım yoxdur. Havayı gəlib oxuyaram, amma cibimə o məbləğdə olan qonorarı qoyma. Onlar anlamır ki, zaman gələr, sən "azdır" dediyin pula möhtac olarsan".
Bəstəkar əlavə edib: "Vasifi bu yaxınlarda toya çağırdım. Söylədi ki, pulsuz gəlib oxuyaram, amma az qonorara gəlmərəm. Mən də heç Vasifi o toya çağırmadım. Dedim ki, yaxın insandır, onun pulu azdır. Mən də hörmət edib, elə o qiymətə onun toyuna gedirəm. Vasif cavab verdi ki, mənim qonorarım bu qədərdir. Yəqin Vasifin az qonorara ehtiyacı yoxdur.
Ona görə gəlməkdən imtina etdi. Heç zaman Allahın verdiyi ruziyə üz çevirməyin. Zaman gələr, o ruziyə, pula möhtac olarsınız”.
Telegram kanalımız