Əmanətlərin sığortalanmasının müddəti artırılır

saytların hazırlanması

Evə çatdırılma

Əmanətlərin sığortalanmasının müddəti artırılır

İqtisadiyyat

04 Mart 2020 20:56 907


Azərbaycanda əmanətlərin sığortalanmasının müddəti artırılır. "Yeni Sabah" xəbər verir ki, qeyri-rəsmi olaraq bank rəhbərlərinə bu barədə məlumat verilib. Bildirilir ki, əmanətlərin sığortalanması müddəti cari ilin dekabrın 4-nə kimi uzadılır. Bu müddət 9 ayı əhatə edir. Xatırladaq ki, əmanətlərin sığortalanması müddəti bu gün başa çatıb. Ekspertlər müddətin uzadılmasının zəruri olması barədə açıqlama verirdilər. Ancaq bu məsələ qanunla tənzimlənir. Bildiyimiz kimi, VI çağırış Milli Məclis hələ ki öz işinə başlamayıb. Ancaq əhali əmanətləriylə bağlı narahat olduğundan bir sıra banklar müddətin uzadılmasına qərar veriblər. /Qafqazinfo
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!