Nazir əmr imzaladı -   Nihad Muxtarlıya yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Nazir əmr imzaladı - Nihad Muxtarlıya yüksək vəzifə verildi

Sosial

16 Fevral 2026 14:35 486


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr təyinatı olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Nihad Hafiz oğlu Muxtarlı nazirliyin Aparat rəhbərinin müavini vəzifəsinə gətirilib.  pizza

Qeyd edək ki, N.Muxtarlı 2020-ci ildən bu təyinatadək nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!