Əməkdar artist koronavirusa yoluxdu: “Burada utanılası bir şey yoxdur“

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist koronavirusa yoluxdu: “Burada utanılası bir şey yoxdur“

Mədəniyyət

14 Dekabr 2020 14:45 1618


Əməkdar artist Anar Heybətov koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, aktyor bu barədə sosial şəbəkədə yazıb: "Mən də COVID-19 virusuna yoluxdum. Təəssüf ki, insanlar arasında bu məsələyə məsuliyyətsiz yanaşanlar var. 

Özündə simptomları hiss edərkən, hərarət yuxarı olduqda, bunu gizlədirlər. Cəmiyyət arasında özlərindən qeyri-ixtiyari virusu yayırlar. Burada ayıb və utanılası bir şey yoxdur. Test verin və evdən çıxmayın, müalicə olunun. Hər kəs özünü, yaxınlarını qoruyarsa, tezliklə bu koronavirusa qalib gələrik. Şükür, artıq ağır günlər keçib. Allah hamıya şəfa versin". Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!