Əməkdar artisti Çingiz Əhmədov əməliyyat olundu

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artisti Çingiz Əhmədov əməliyyat olundu

Mədəniyyət

12 Aprel 2022 12:08 1718


Əməkdar artisti Çingiz Əhmədov əməliyyat olunub.

Yenisabah.az-a danışan sənətçi qeyd edib ki, əməliyyata səbəb qarnının ön divarında daha əvvəl keçirdiyi əməliyyatlardan sonra yırtıqlar olub.

O, hazırda xəstəxanada olduğunu, vəziyyətinin normallaşdığını qeyd edib: Marqarita pizza

“Hazırda vəziyyətim yaxşıdır. Hələ ki, xəstəxanadayam. Bir neçə saat əvvəl telekanalların birindən çəkiliş qrupu gəldi, onlara müsahibə də verdim. Vəziyyətim yaxşıdır. Yəqin ki, ya sabah, ya da birigün xəstəxanadan buraxılaram. Hələ ki, burdayam. Mənimlə maraqlanan hər kəsə təşəkkürümü bildirirəm”.

 Qeyd edək ki, bir həftə əvvəl əməliyyata hazırlıqlara başlanılıb. Planlaşdırılan əməliyyat isə yırtıq kisəsinin ləvği olub və uğurla başa çatıb.

Əsmətxanım RZAZADƏ


 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!