Əməkdar artistlə prodüser arasında mübahisə:    “Get, kişin gəlsin!” - Video

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artistlə prodüser arasında mübahisə: “Get, kişin gəlsin!” - Video

Siyasət

07 May 2022 19:14 327


Prodüser Təranə Səmədova ilə Əməkdar artist Vahid Əliyev arasında mübahisə yaranıb. 

Yenisabah.az xəbər verir ki, gərgin anlar Xəzər TV-də yayımlanan "Təsir dairəsi” verilişində baş verib. 

Belə ki, Təranənin Əməkdar artist Elza Seyidcahanla bağlı fikirlərinə aktyor etiraz edib: Pepperoni pizza

"Azərbaycan qadınını təmsil edirsiz, danışığınıza fikir verin. Eşitməyi bacarın. Bakılılarda belə bir söz var, "Get, kişin gəlsin”. Qarşınızdakı insanı qiymətləndirin. Elza Seyidcahan əməkdar artistdir. Sizin ixtiyarınız yoxdur Azərbaycan sənətçisinə yuxarıdan baxıb, təhqir edəsiniz”. 

Təranə isə aktyorun iradlarını cavabsız qoymayıb: 

"Oğlunuzla bir yerdə böyümüşəm. Heç kimin ailəsində problemsiz heç nə olmur. Ağsaqqal kimi sizə hörmət qoyuram. Mənə səs tonunuzu qaldırmayın. Oğlunuzun da, qızınızın da keçdiyi taledən xəbərim var. Artıq danışmaq lazım deyil”. 

Bundan sonra Vahid Əliyev Təranə ilə bir verilişdə olmaq istəmədiyini deyərək, studiyanı tərk edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!