Əməkdar incəsənət xadimi vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar incəsənət xadimi vəfat etdi

Mədəniyyət

23 Dekabr 2022 09:49 1654


Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov vəfat edib.

Yenisabah.az xəbər verir ki, o, bu gün 73 yaşında dünyasını dəyişib.

O. Qurbanov Azərbaycan Dövlət İncəsənət İnstitutunda "Dram və kino aktyorluğu" ixtisası üzrə təhsil alıb. 1979-80-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva şəhərində görkəmli rejissor A. V. Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğu kursunu bitirib. Sezar pizza

1974-79-cu illərdə Lənkəran Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət göstərib. Onlarla teatr, radio və televiziya tamaşalarına quruluşlar verib.

Ayrı-ayrı illərdə ölkənin dövlət teatrlarında baş rejissor vəzifələrində çalışan O.Qurbanov 1994-cü ildə Xocalı faciəsinə həsr olunmuş "Haray" bədii filmini çəkib. 2002-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!