“Əməkhaqlarının artırılması gündəlikdədir” –   İlham Əliyev 

saytların hazırlanması

Evə çatdırılma

“Əməkhaqlarının artırılması gündəlikdədir” – İlham Əliyev 

İqtisadiyyat

21 May 2019 13:33 1417


“Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir”.

“Yeni Sabah” xəbər verir ki, bunu prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirakı zamanı qəsəbə sakinləri ilə söhbətində deyib.

İlham Əliyev bildirib ki, hər gün ölkəmizdə - Bakıda, bütün rayonlarda, Bakıətrafı qəsəbələrdə, hər yerdə hansısa obyektin açılışı olur, istər sosial obyekt, istər infrastruktur obyekti.  pizza mizza

“İndi yol çəkilişi sürətlə gedir, Sabunçu rayonunun da yollarının təmiri ilə bağlı işlər görülür. Yəni, çalışırıq, maksimum nə mümkündürsə edək ki, insanlar daha da yaxşı yaşasınlar, maddi rifah artsın, dolanışıq daha yaxşı olsun. Ona görə bu istiqamətdə bundan sonra da addımlar atılacaq. Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir. Belə gözəl binalar vətəndaşlara xidmət edəcək".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!