Əməliyyatdan qaçdığı deyilən azərbaycanlı müğənni danışdı

saytların hazırlanması

Evə çatdırılma

Əməliyyatdan qaçdığı deyilən azərbaycanlı müğənni danışdı

Şou

30 May 2019 08:11 1054


Azərbaycanlı müğənni Zenfira İbrahimova Abdominalplastika əməliyyatı keçirib.

"Yeni Sabah" xəbər verir ki,  ifaçının sözlərinə görə, ötən gün əməliyyat masasından qaçması barədə yazılan xəbərlər əsassızdır:

“Neçə gündür ki, eyni mövzuda niyə müzakirə gedir ki? Yazıblar ki, əməliyyatdan qaçmışam. Görəsən necə qaçmışam? Mən doktoruma inanıram, hər kəsin bir alın yazısı var. Mənim üçün narahat olanlar, Abdominalplastika əməliyyatı keçirmişəm. Çox razıyam”. Dördpendirli pizza

Qeyd edək ki, Zenfiranın əməliyyat olunacağı gün vəfat edən şəxs həkim-ginekoloq Sona Gürgün Vəliyeva olub.  Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloqu adı bir neçə dəfə xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçxani əməliyyat edib. Vəfat edən S.Vəliyeva Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanımının əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyatı yoldaşı C.Gürgün infarkt keçirib. Sirus Qoçxani "Baku Medical Plaza”da çalışır. 

Onu da bildirək ki, Qoçxani 2017-ci ilin iyununda 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman "Zəfəran Hospital”da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!