Emin Əmrullayev ali məktəblərin rəhbərləri ilə videogörüş keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Emin Əmrullayev ali məktəblərin rəhbərləri ilə videogörüş keçirdi

Sosial

08 Avqust 2020 12:06 776


Avqustun 7-də Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirib.

Təhsil Nazirliyindən Yenisabah.az-a bildiirlib ki, videogörüşdə Təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ali təhsil müəssisələri ilə bağlı qarşıya qoyulan tapşırıqlara xüsusi diqqət çəkib.

Bildirilib ki, təhsilimizin əsas fəaliyyət istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır. Ali təhsil müəssisələri tərəfindən ehtiyac duyulan sahələr üzrə mütəxəssislərin hazırlığının vacibliyinə, müasir dövrün yeni ixtisaslarına diqqət yetirilməli və gələcəkdə müxtəlif peşələr üzrə yaranması proqnozlaşdırılan ehtiyaclar dərindən təhlil edilməlidir. Marqarita pizza

Nazir həmçinin vurğulayıb ki, ölkəmizdə mütəxəssis hazırlığı Dördüncü Sənaye İnqilabının tələbləri, rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması ilə ayaqlaşmalı və rəqabətqabiliyyətli kadrların hazırlığına xüsusi diqqət artırılmalıdır.

Görüşdə, eyni zamanda, dayanıqlı və şəffaf keyfiyyət təminatı proseslərinin qeyd olunan hədəflərə nail olunmasında xüsusi rolu vurğulanıb və geniş ictimaiyyətin bu prosesə cəlb olunmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, ölkə başçısının müvafiq Fərmanı ilə keçən ilin sonunda yaradılmış Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu prosesdə təhsil müəssisələrinə zəruri dəstək göstərəcəyi bildirilib. 

Görüşdə ali təhsil müəssisələrində pandemiya şəraitində yeni tədris ili üçün nəzərdə tutulan işlərlə bağlı bir sıra məsələlər də müzakirə edilib və təkliflər dinlənilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!