Əminə Yusifqızı səhhətindən danışdı: “Ağ yalandır, özümü yaxşı hiss edirəm” - ÖZƏL

saytların hazırlanması

Evə çatdırılma

Əminə Yusifqızı səhhətindən danışdı: “Ağ yalandır, özümü yaxşı hiss edirəm” - ÖZƏL

Mədəniyyət

21 Sentyabr 2022 13:15 2065


Xalq artisti, qiraətçi, aktrisa Əminə Yusifqızının səhhətində problemlər yarandığı ilə bağlı xəbərlər yayılıb. Iddiaya görə, 85 yaşlı sənətkar bir neçə gündür özünü yaxşı hiss etmir, eyni zamanda, bir həftədir ki, yemək yemir.

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, Ə.Yusifqızı səhhəti ilə əlaqədar yayılan məlumatları təkzib edib:

“Özümü yaxşı hiss edirəm. Başa düşə bilmirəm, niyə bu cür yalan informasiya yayılır. Mən heç bir informasiya agentliyinə özümü pis hiss etdiyimi və qidalanmadığımı deməmişəm. Ağ yalandır”. pizza hut

Qeyd edək ki, Ə.Yusifqızının səhhətində problemlərin yarandığı xəbərini “Report” informasiya agentliyi yayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!