“Əminəm ki, ermənilərin çox böyük bir hissəsi evlərindən gizlində olsa bu festivala baxıblar”

saytların hazırlanması

Evə çatdırılma

“Əminəm ki, ermənilərin çox böyük bir hissəsi evlərindən gizlində olsa bu festivala baxıblar”

Siyasət

13 May 2021 19:33 1382


Eks spiker Rəsul Quliyev Şuşada keçirilən "Xarıbülbül” musiqi festivalından yazıb.

Yenisabah.az xəbər verir ki, R.Quliyev bu festivalı sıradan bir musiqi festivalı kimi dəyərləndirməyin düzgün olmadığını qeyd edib:

"Xarıbülbül” musiqi festivalını sıradan bir musiqi festivalı kimi dəyərləndirmək olmaz. Bu, musiqi festivalından qat-qat yuxarı əhəmiyyət kəsb edir. Bu festival Azərbaycanın qətiyyətini, gücünü, ərazilərinin sahibi (ağası) olduğunu bütün dünyaya nümayiş etdirdi. Dördpendirli pizza

Mən əminəm ki, ermənilərin çox böyük bir hissəsi evlərindən gizlində olsa bu festivala baxıblar.

Bir neçə dəfə İrəvanda olmuş insan kimi ermənilərin Azərbaycan musiqilərini necə dinlədiklərinin canlı şahidi olaraq buna əminəm".

Rəsul Quliyev bildirib ki, bu festival ermənilərə Köçəryan və o tipli yaramazların verdikləri vədləri tamamilə darmadağın etdi:

"Xarıbülbül” musiqi festivalının keçirilməsi təşəbbüsünü irəli sürmüş, həyata keçirmiş hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bir vətəndaş olaraq bunları görmək olduqca qürurlandırıcı idi...

Eyni zamanda, "Xarıbülbül” musiqi festivalında iştirak etmiş müxtəlif xalqların nümayəndələrinə, xanəndələrə, rəqs qruplarına, o cümlədən Azərbaycanın böyük sənət ustalarının talantına eşq olsun deyirəm...

Tanrı Azərbaycanımızı qorusun!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!