Əmlakını sığorta etdirməyənlər nə vaxt cərimələnəcək? 

saytların hazırlanması

Evə çatdırılma

Əmlakını sığorta etdirməyənlər nə vaxt cərimələnəcək? 

İqtisadiyyat

12 Yanvar 2020 09:06 3333


Yanvar ayının 20-ə kimi daşınmaz əmlakını icbari sığorta etdirməyənləri heç bir cərimə gözləmir. Bu tip məlumatların yayılması bəzi sığorta şirkətləri tərəfindən edilir.

“Yeni Sabah” "Xəzər TV"yə istinadən xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosundan açıqlama verilib.

İcbari Sığorta Bürosundan bildirilib ki, əslində müvafiq qanun 2011-ci ildən qüvvəyə minib və elə həmin müddətdən də cərimələr nəzərdə tutulub. Marqarita pizza

Sığorta məsələləri üzrə ekspert İlkin Bayramov isə hesab edir ki, cərimənin indiyədək tətbiq edilməməsinin səbəbləri var.

Ekspertin sözlərinə görə, qanunda boşluq olduğu üçün hələlik cərimə tətbiq olunmur. Amma güman olunur ki, yaxın vaxtlarda bu məsələyə yenidən baxılacaq və cərimələrin tətbiqinə start veriləcək. Amma cərimənin yanvarın 20-dən sonra tətbiq ediləcəyi ilə bağlı fikirlər əsassızdır.

Qeyd edək ki, qanunda cərimələrin tətbiqi yerli icra hakimiyyətlərinə və Fövqaladə Hallar Nazirliyinə həvalə olunb. Amma əvvəlcə qanundakı boşluqlar aradan qaldırılmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!