Azərbaycan millisinin "Dinamo"da oynayan üzvü Mahir Emreli Zaqreb təmsilçisinin Xorvatiya çempionatının 2-ci turunda keçiriləcək "Slaven Belupo" ilə matçını da buraxacaq.
Yenisabah.az sportklub.hr-a istinadla/ xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Cacic danışıb.
O bildirib ki, Yosip Sutal, Kevin Teofil-Katerin ilə yanaşı, Mahir Emreli, Marko Bulat və Bosko Sutalo zədə səbəbindən oyunda iştirak etməyəcəklər. pizza hut
Qeyd edək ki, Mahir Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şkupi" ilə (Şimali Makedoniya) ilk oyunu (2:2) da buraxmışdı.
Telegram kanalımız