Ən çox yeyib-yatan adama 300 dollar mükafat veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Ən çox yeyib-yatan adama 300 dollar mükafat veriləcək

Maraqlı

20 Avqust 2021 18:05 1756


Balkan ölkəsi Monteneqronun Niksic şəhəri yaxınlığında yerləşən Brezna etno-kəndində  ənənəvi "tənbəllik yarışması" keçirilir.

Yenisabah.az xəbər verir ki, bu il səkkiz iştirakçı ilə onuncu dəfə keçirilən yarışmada "ən tənbəl vətəndaş" adını qazanan şəxsə 300 avro dəyərində mükafat alacaq.

Avropada bənzəri olmayan yarışmanın qaydalarına görə, uzanaraq yarışan rəqiblərin yatmasına, yemək və içki ehtiyaclarını ödəməsinə, kitab oxumasına və telefondan istifadə etməsinə icazə verildiyi halda, onların ayağa qalxmaq qaydaların pozulması hesab olunur. Toyuqlu pizza

Brezna etno-kəndinin sahibi və yarışmanın təşkilatçısı Miko Blaqocevik, monteneqronlular tənbəl insanlar kimi tanındıqları üçün belə bir yarışma təşkil etmək qərarına gəldiyini deyib.

"Əvvəlki illərdən fərqli olaraq bu il iştirakçıların hər 8 saatdan bir tualetə getməsinə icazə veriləcək.  Əvvəllər belə olmadığı halda, ən uzun yatma rekordu 52 saat təşkil etmişdi",-deyə o əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!