“Son günlər demək olar ki, hər gün suda adam batması ilə bağlı xəbərlər eşidirik. Ən dəhşətlisi isə insanlarımızın qrup halında batmasıdır”.
“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. O, bildirib ki, bu xəbərlər hamı kimi onun da ürəyini ağrıdır.
“Mən Mingəçevirdə Kür çayı qırağında böyümüşəm. Uşaq vaxtlarından üzmək öyrənmişəm, bütün üzgüçülük növlərini bilirəm. İlk dəfə12 yaşında Kürü üzüb keçmişəm, 13 yaşımda isə bir erməni ilə mərc gəlib Kürü o taya keçib o dəqiqə də geri üzmüşəm. İndi də pis üzmürəm. Toyuqlu pizza
Amma bütün bunlara baxmayaraq sudan qorxuram. Çünki, su zarafatı və ehtiyatsızlığı heç zaman bağışlamır.
Suda batan insanlar bir qayda olaraq ya zəif üzürlər, ya içkili olurlar, ya da üzmək üçün yararsız yerdə suya baş vururlar. Faciənin nəticəsini isə ömrü boyu batanın yaxınları çəkirlər.
Batanlar bir qayda olaraq yeniyetmə və gənclərdir. Hər batan gənc hardasa ərə getməyən bir ismətli qız, anadan olmayan azı iki nəfər uşaq, ömrü boyu faciənin agrısını çəkən valideynlər, bacı-qardaşlar deməkdir.
Gənclər, su ilə zarafat etməyin, özünüzü qoruyun!”.
Telegram kanalımız