Ən mühüm ixrac tərəfdaşı: İtaliya bizdən hansı məhsulları alır? - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Ən mühüm ixrac tərəfdaşı: İtaliya bizdən hansı məhsulları alır? - SİYAHI

İqtisadiyyat

23 Aprel 2025 11:08 702


Gömrük Komitəsi bu ilin birinci rübü üzrə Azərbaycandan ən çox mal idxal edən ölkələrin siyahısını açıqlayıb. İtaliya Azərbaycan məhsullarının əsas alıcısı olub, 2,9 milyard dollarlıq məhsul idxal edib.

Artıq illərdir ki, o əsas ixrac partnyoru olaraq qalır. İki ölkə arasında ticarət dövriyyəsinin əsasını məhz Azərbaycanın ixracatı təşkil edir.

2023-cü ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15,7 milyard ABŞ dolları, o cümlədən idxalın həcmi 0,5 milyard ABŞ dolları, ixracın həcmi 15,2 milyard ABŞ dolları təşkil edib, xarici ticarət saldosu isə müsbət 14,7 milyon ABŞ dolları olub. pizza

İtaliyanın da Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycan ilə ticarət təşkil edir.

2023-cü ildə İtaliya Respublikasının Azərbaycanla xarici ticarət dövriyyəsindəki payı 30,65 faiz (1-ci yer), o cümlədən idxalda 2,76 faiz (7-ci yer), ixracda isə 44,86 faiz (1-ci yer) təşkil edib.

2024-cü ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsinin həcmi 6,2 milyard ABŞ dolları, o cümlədən idxalın həcmi 0,3 milyard ABŞ dolları, ixracın həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.

Yenisabah.az Azərbaycanın İtaliyaya ixrac etdiyi başlıca istehsal məhsullarını araşdırıb. Sözügedən 5 başlıca ixrac məhsulu aşağıdakılardır:

Mineral yanacaqlar, yağlar, distillə məhsulları - 10,83 milyard dollar

Üzvi kimyəvi maddələr - 16,86 milyon dollar

Meyvələr, qoz-fındıq, sitrus meyvələrinin qabığı, qovunlar - $14,27 milyon dollar

Tütün və tütün əvəzediciləri - 4,46 milyon dollar

Dəmir və ya poladdan hazırlanmış məmulatlar - 2,98 milyon dollar

P.S. Sözügedən ixrac həcmləri ötən ilin statistikasını əhatə edir. İtaliyaya ixrac edilən məhsulların tam siyahısı.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!