Ən qədim koronavirus tapıldı: 21 min il öncə…

saytların hazırlanması

Evə çatdırılma

Ən qədim koronavirus tapıldı: 21 min il öncə…

Sağlamlıq

05 Sentyabr 2021 13:47 1278


Oksford Universitetinin alimləri müəyyən ediblər ki, 2002-2004-cü illərdə SARS-ın yayılmasına səbəb olan SARS-CoV-1 koronaviruslarının və COVID-19-un törədicisi SARS-CoV-2-nin ortaq əcdadı hələ 21 min il bundan əvvəl mövcud olub.

Bu isə əvvəlki təxminlərdən fərqli olaarq virusu daha 30 dəfə yaşlı edir. Bu barədə “Current Biology” jurnalında dərc olunan məqalədə bildirilir.

Viruslar qısa müddətdə sürətlə inkişaf etməyə qadirdir, lakin eyni zamanda öz əcdadlarına uyğunlaşmalıdırlar ki, bu da onlara bəzi ciddi məhdudiyyətlər qoyur. Belə ki, zamanla virusların təkamül sürəti yavaşlayır. pizza

Yeni araşdırma göstərib ki, mövcud təkamül modelləri bir neçə yüz ildən bir neçə min ilə qədər olan dövrlərdə viral növlərin fərqliliyini müəyyən edə bilməsə də, yeni təkamül modeli yeni viral növlərin ortaya çıxma vaxtını etibarlı şəkildə qiymətləndirməyə imkan verir.

Elm adamları indi yalnız SARS-CoV-2 ilə əlaqəli virusların təkamül tarixini deyil, həm də uzaq keçmişdəki daha geniş RNT və DNA viruslarını yenidən öyrənə bilirlər.

Məsələn, Hepatit virusu təxminən 150 min il əvvəl Afrikadan müasir insanların köçü səbəbindən bütün dünyaya yayılıb. / Cebhe.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!