Əraqçi: ABŞ İrana yeni hücumların olmayacağına zəmanət verməlidir

saytların hazırlanması

Evə çatdırılma

Əraqçi: ABŞ İrana yeni hücumların olmayacağına zəmanət verməlidir

Siyasət

31 Yanvar 2026 18:11 728


Tehran və Vaşinqton danışıqlar apara bilərlər, lakin bunun üçün ABŞ öz üzərinə İrana bir daha hücum etməmək öhdəliyi götürməlidir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "CNN Turk" kanalına müsahibəsində bildirib.

"ABŞ, həqiqətən, ciddi diplomatiya aparmaq istəyirsə, onda onlar inamsızlığı aradan qaldırmalı, yanaşmanı dəyişməli, yeni hücumların və təhdidlərin olmayacağına zəmanət verməlidirlər. İran hələ də qarşılıqlı etimada əsaslanan dürüst və balanslaşdırılmış danışıqlara hazırdır", - o qeyd edib. Sezar pizza

A.Əraqçi vurğulayıb ki, 2025-ci ilin iyun ayından bəri ABŞ İranın nüvə proqramı obyektlərinə zərbələr endirdikdən sonra Tehran və Vaşinqton arasında birbaşa təmaslar olmayıb.

Nazir diplomatiyanın üstün gələcəyinə ümidvar olduğunu deyərək hücum olacağı təqdirdə İranın sərt cavab verəcəyi barədə xəbərdarlıq edib.

O, həmçinin qeyd edib ki, İran indi ötən ilin yayına nisbətən hücumları dəf etməyə daha hazırdır.

XİN rəhbəri eyni zamanda Tehranın Hörmüz boğazını bağlamaq variantını nəzərdən keçirib-keçirmədiyi sualına cavab verməyib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!