16-17 İyul tarixlərində Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tovuz rayonunun Dondar Quşçu, Ağdam və Vahidli kəndlərinin ərazisinə mərminin düşməsi barədə 4 siqnal (əməliyyat çağırışı) daxil olub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Yeni Sabah”a daxil olan xəbərdə bildirilir ki, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 4 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamış 122 mm-lik top mərmilərinin (OF-56-1) qalıqları aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Toyuqlu pizza
Partlamış mərmilərin ətrafında 470 kv.m əraziyə yerüstü, 8 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Telegram kanalımız