Ərdoğan azərbaycanlı professora vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan azərbaycanlı professora vəzifə verdi

Maraqlı

06 Fevral 2021 10:40 1106


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor Aygün Attara vəzifə verib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Giresun Universitetinin sabiq rektoru Aygün Attar Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü seçilib.

Qeyd edək ki, Aygün Attar 1962-ci ildə Azərbaycanın Qubadlı rayonunda anadan olub. O, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiə edib. Sezar pizza

A.Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır.

O, 2019-cu ildə  Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri təyin edilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!