Ərdoğan Balkan Sülh Platformasının iştirakçılarını qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Balkan Sülh Platformasının iştirakçılarını qəbul etdi

Siyasət

23 Yanvar 2026 21:33 599


Türkiyə Prezidenti Rəcəb Tayyyib Ərdoğan İstanbulda baş tutan Balkan Sülh Platformasının ikinci iclasının bəzi iştirakçılarını qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının "X" hesabında məlumat yayılıb.

Görüşdə Albaniya, Bosniya və Herseqovinanın, Monteneqro, Kosovanın xarici işlər nazirləri və digər rəsmi şəxslər iştirak ediblər. Türkiyə Prezidenti Şimali Makedoniya və Serbiyanın da rəsmiləri ilə müzakirələr aparıb. Toyuqlu pizza

Qeyd edək ki, Balkan Sülh Platforması Türkiyənin rəhbərliyi ilə regional mülkiyyət anlayışına əsaslanaraq bölgə məsələlərinə davamlı həll yollarının tapılmasına töhfə vermək məqsədilə qurulub. Platformanın ilk iclası 2025-ci il iyulun 26-da İstanbulda keçirilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!