İsveçdə koronavirus testi müsbət çıxmasına baxmayaraq, ölümə tərk edilən və Türkiyənin təcili yardım təyyarəsi ilə vətənə gətirdiyi Əmrullah Gülüşkən reanimasiyaya yerləşdirilib.
Yenisabah.az xəbər verir ki, o, prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Ankara Şəhər Xəstəxanasında müalicə olunur. Son məlumatlara görə, Gülüşkənin ağciyər və qaraciyəri, qan dəyərləri yoxlanılıb və buna əsasən, o, 14 gün reanimasiyada saxlanılacaq. Tənəffüs problemi yaşamayan Gülüşkənə arabir burnundan oksigen verilir.
Qeyd edək ki, reanimasiyaya yerləşdirilmədən əvvəl prezident və Səhiyyə naziri Fəxrəddin Qocaya təşəkkür edən Gülüşkən son olaraq "Vətənimdəyən və etibarlı əllərdəyəm" deyib. pizza mizza
Telegram kanalımız