Ərdoğan elan etdi: “Sürpriz olacaq, yanvarın 15-də...”

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan elan etdi: “Sürpriz olacaq, yanvarın 15-də...”

Siyasət

04 Yanvar 2024 19:27 3920


Türkiyə Prezidenti və hakim Ədalət və İnkişaf (AK) Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyə Başkanlığına namizədi bazar günü açıqlayacaqlarını bildirib.

Yenisabah.az Musavat.coma-a istinadən xəbər verir ki, Ərdoğan jurnalistin "sürpriz bir ad olacaq, yoxsa biz onu tanıyırıq?" sualına belə cavab verib:

"A-dan Z-yə qədər verəcəyimiz bütün açıqlamalar həm sürpriz, həm də partiyamızın yerli hakimiyyət seçkilərində qalib gəlmək əzminin ifadəsi olacaq". Marqarita pizza

Ərdoğan: "Ankara, namizədi Ankaraya buraxardınız?" sualına isə "Bunu Ankaraya buraxırıq. Ankarada elan edəcəyik" dedi.

Türkiyə lideri yanvarın 15-də Ankarada yeni tikilən konfrans zalında seçki bəyannaməsini açıqlayacaqlarını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!