Ərdoğan Həsən Ruhani ilə Qarabağdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Həsən Ruhani ilə Qarabağdan danışdı

Siyasət

03 Dekabr 2020 21:58 953


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, hər iki ölkənin lideri həm Türkiyə-İran əlaqələri, həm də regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Toyuqlu pizza

Ərdoğan terror nəticəsində qətlə yetirilən İranlı alim Möhsün Fəxrizadənin ölümündən təəssüfləndiyini və İran xalqına, eləcə də mərhumun ailəsinə başsağlığını ifadə edib. 

Telefon söhbətində Ərdoğan Qarabağ məsələsinə də toxunaraq deyib ki, region yeni bir mərhələyə qədəm qoyub: “Bu mərhələdə Azərbaycanın ərazi bütövlüyü və iqtidarına kölgə sala biləcək hər cür vasitələrdən kənar durmaq vacibdir. Regionda daimi sülh və sabitlik üçün yeni fürsət pəncərələri açılmaqdadır, bu fürsət Ermənistan daxil, bütün region ölkələri üçün əlverişli olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!