Ərdoğan İlham Əliyevə başsağlığı verdi   - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan İlham Əliyevə başsağlığı verdi - Yenilənib

Siyasət

30 Noyabr 2021 20:36 730


Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verib.  

Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbr diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb. pizza sifarişi

Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi helikopterin qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Türkiyə dövlət başçısı Prezident İlham Əliyevə hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərlə bağlı başsağlığı verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!