Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
“Yeni Sabah” xəbər verir ki, prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq bildirib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Azərbaycan və Türkiyə prezidentləri ikitərəfli münasibətlərimizin perspektivlərini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. pizza
Telegram kanalımız