Ərdoğan İran xalqına başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan İran xalqına başsağlığı verdi

Siyasət

03 Yanvar 2024 18:52 992


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranda bu gün baş verən terror aktlarında həyatını itirənlərə görə ölkə xalqına başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, dövlət başçısı öz mesajını “X” sosial media platformasında yayımlayıb.

“İranın Kirman vilayətində törədilən mənfur terror aktları bizi dərindən kədərləndirdi. Hücumlarda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Dost və qardaş İran xalqına başsağlığı verirəm”, - Ərdoğan qeyd edib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!