Ərdoğan İrana səfər edəcək - XİN rəhbəri

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan İrana səfər edəcək - XİN rəhbəri

Dünya

15 Noyabr 2021 14:51 750


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İrana səfər edəcək.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə Tehranda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və iranlı vəzifədaşı Hüseyn Əmir Abdullahianın birgə mətbuat konfransında bildirilib.

"İran və Türkiyə arasında uzunmüddətli əməkdaşlıq üçün yol xəritəsinin formalaşdırılmasına dair razılığa gəlmişik. Bu sənədin Türkiyə prezidenti alicənab Ərdoğanın İrana qarşıdakı səfəri zamanı imzalanacağına ümid edirik", - deyə Əmir Abdullahian jurnalistlərə açıqlayıb. Toyuqlu pizza

O əlavə edib:"Bugünkü görüşdə iki ölkə arasında əlaqələrin inkişafı, Tehran ilə Ankara arasında uzunmüddətli əməkdaşlıq istiqamətində faydalı danışıqlar apardıq".

Xarici işlər naziri qeyd edib: "Görüşdə Əfqanıstandakı hadisələrə diqqət yetirərək və Qərbi Asiyada təhlükəsizliyin sabitliyini vurğulayaraq müxtəlif beynəlxalq və regional məsələlər ətrafında yaxşı söhbət apardıq. Tehran və Ankaranın praqmatik hökumətlərdir. Ümid edirik ki, mövcud ticarət maneələrini tezliklə aradan qaldıracağıq. Həmçinin, ikitərəfli münasibətlərin inkişafını sürətləndirmək üçün ümumi mexanizmlərə nail olduq".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!