Ərdoğan Kılıçdaroğlunu bağışladı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Kılıçdaroğlunu bağışladı

Siyasət

20 Noyabr 2021 22:45 1829


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğluna qarşı qaldırdığı məhkəmə iddiasını geri götürüb.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla da dövlət başçısı 17 məhkəmə iddiasını geri götürərək 4 milyon 460 min lirəlik təzminat məbləğindən imtina edib.

Xatırladaq ki, məhkəmələrdə Kılıçdaroğlunun 2011-2016-cı illər arasında mitinq və CHP-nin iclaslarında Ərdoğana qarşı səsləndirdiyi təhqiramiz ifadələrə baxılırdı. Dominos pizza

Ərdoğan CHP liderinin “halallaşma” çağırışına toxunaraq, ona qarşı qaldırdığı iddiaları geri götürdüyünü, amma Kılıçdaroğlunun bunun qədir-qiymətini bilmədiyini deyib.

Türkiyə prezidenti məhkəmədə qalib gəldiyini və təqdim etdiyi imtina ərizəsində ona edilən hər cür hörmətsizliyi birdəfəlik bağışladığını vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!