Ərdoğan qanunu imzaladı -   Türk əsgəri Azərbaycana göndərilir

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan qanunu imzaladı - Türk əsgəri Azərbaycana göndərilir

Siyasət

18 Noyabr 2020 09:32 3307


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qəbul etdiyi qanunu imzalayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Resmi gazete" məlumat yayıb.

Məlumatda qeyd olunur: "Azərbaycan ordusu ərazi bütövlüyünün təmin edilməsi istiqamətində böyük uğur əldə edib. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanata görə, Rusiya və Türkiyə arasında atəşkəsin monitorinq mərkəzinin yaradılması qərara alınıb. Türkiyə hər zaman Azəbaycanın yanında olub və bundan sonra da olmağa davam edəcək. Türkiyənin Azərbaycana verdiyi dəstək Azərbaycanın suverenliyinin qorunması üçün beynəlxalq hüquqa əsaslanır". Marqarita pizza

Qeyd edək ki, layihə parlamentin dünən keçirilən iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

Qanuna əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Azərbaycandakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!