Ərdoğan Rəisi ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Rəisi ilə görüşdü

Siyasət

28 Noyabr 2021 12:18 805


Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda görüşüblər.

Prezidentlər iki ölkə arasındakı əlaqələri və regional məsələləri müzakirə ediblər.

Yenisabah.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammiti çərçivəsində baş tutub. Dominos pizza

Qeyd edək ki, bu gün Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammiti keçirilir. Zirvə görüşü zamanı ölkə liderləri İƏT məkanında regional iqtisadi əməkdaşlığın əsas mövzuları ətrafında fikir mübadiləsi aparacaq, həmçinin Türkmənistanın İƏT və onun nizamnamə orqanlarında sədrliyinə yekun vuracaqlar.

Sammitin sonunda yekun Bəyannamənin qəbulu gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!