Ərdoğan: “Türkiyənin bölgədə hegemonluq niyyəti yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan: “Türkiyənin bölgədə hegemonluq niyyəti yoxdur”

Dünya

11 Fevral 2026 15:12 354


"Suriyada davamlı sülhün əsas konturları artıq formalaşıb”.

“Yeni Sabah” Anadolu-ya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament qrup toplantısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tərəflər keçmiş səhvləri təkrarlamamalı, yanlış hesablamalardan və “maksimalist tələblərdən” uzaq durmalıdır. pizza

Türkiyə prezidenti vurğulayıb ki, Suriyada sabitliyin təmin olunması üçün birlik və əməkdaşlıq əsas şərtdir.

Regional iddialara da toxunan Ərdoğan Türkiyənin bölgədə hegemonluq niyyəti olmadığını bildirib: “Türkiyə bölgədə nüfuz axtarmır. Heç bir ölkəni formalaşdırmaq istəmirik. Əksinə, səmimiyyətlə qardaşlıq axtarırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!