Ərdoğan və Kılıçdaroğlu Oğanın dağdan ağır şərtlərini qəbul edəcəkmi?

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan və Kılıçdaroğlu Oğanın dağdan ağır şərtlərini qəbul edəcəkmi?

Siyasət

16 May 2023 15:19 1792


“Sinan Oğanın indiki mövqeyi onun gələcəkdə milliyyətçi kəsimi partiyasının ətrafına yönəltməyə xidmət edir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, “ATA İttifaqı”nın seçkilərdəki vahid namizədinin ikinci tura gedən CHP və AKP liderlərindən birini dəstəkləmək üçün tərəflərə qoyduğu şərtlərdən söz açıb. Marqarita pizza

Xatırladaq ki, S. Oğan hər iki tərəfə siyasi mesaj göndərərək qeyd edib ki, tərəflər HDP və HÜDA-PAR-la aralarına məsafə qoymalı, eləcə də 13 milyon qaçqın problemi dərhal həll olunmalıdır.

Öz növbəsində, E. Mirzəbəyli vurğulayıb ki, S. Oğanın topladığı səslər, mahiyyət etibarilə, birbaşa onun özünə verilən səslər deyil:

“Yəni İYİ Partiyadan HDP məsələsinə görə üz döndərənlər də Sinan Oğana səs veriblər. Müəyyən qədər MHP-dən incik düşən insanlar da var. Onların da Sinan Oğana səs verməsi mümkündür.

Ümumən Türkiyənin siyasi mənzərəsinə diqqət yetirsək, Sinan Oğanın hansısa bir bölgədə üstün səslə nəticə göstərmədiyini görə bilərik. Bu, sübuta yetirir ki, Oğanın səslərində konkret bölgə və ərazi rol oynamır, əksinə, ayrı-ayrı fərdlərin mövqeləri rolunu oynayıb”.

Siyasi şərhçi aydınlaşdırıb ki, indiki şəraitdə bəlli məsələdir ki, nə CHP HDP-nin səslərindən, nə də AKP HÜDA-PAR-ın dəstəyindən imtina edəcək:

“Sinan Oğanın bu mövqeyi mövcud şəraitdə Türkiyə reallıqlarına uyğun gəlmir. Bu, onu sübuta yetirir ki, Sinan Oğan faktiki olaraq heç bir tərəfə dəstək vermək istəmir.

Bu zaman şübhəsiz ki, sonuncu seçimi Sinan Oğana səs verən insanlar edəcəklər. Çünki ona səs verən insanların arasında solçu kəsimin – CHP-yə səs verən insanların olacağı ehtimalı çox azdır. İndiki şəraitdə artıq parlament formalaşdığı üçün blok halında seçkiyə qatılan, tutaq ki, İYİ Partiya dəstəkçilərinin və yaxud İYİ-dən incik düşənlərin CHP-yə səs verəcəkləri də inandırıcı görünmür. Sinan Oğanın müraciəti nəticə etibarilə effektiv xarakter daşımayacaq”.

E. Mirzəbəyli güman edir ki, S. Oğanın indiki seçimi gələcəkdə tamamilə sərt bir milliyyətçi mövqe sərgiləyən qrupun öz ətrafında cəmlənməsinə xidmət edir:

“İndi buna nə dərəcə nail olub-olmayacaq, bunu gələcək göstərəcək. Lakin onun mövqeyinin seçkilərə hər hansı bir formada təsir göstərəcəyinə inanmıram.

Qısası, Sinan Oğanın irəli sürdüyü şərtin təməlində o dayanıb ki, nə AKP-yə səs versin, nə də CHP-yə. Çünki Sinan Oğanla MHP arasında ciddi problemlər var və çox güman ki, “Cümhur İttifaqı”nın namizədinə səs verməməsinin səbəblərindən biri də budur. Digər istiqamətə mövqe sərgiləməyi də heç bir effektiv nəticə verməyəcək idi. Çünki Türkiyədə sağçılar və sağ mərkəzçilərin solçulara səs verməsi qeyri-mümkündür və inandırıcı görünmür. Bu aspektdən də Sinan Oğanın özü mövqeyinin seçkilərə hər hansı bir təsir göstərməyəcəyini başa düşərək, daha müstəqil bir mövqe nümayiş etdirmək qərarına gəlib”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!