Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə etdilər

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə etdilər

Siyasət

24 Noyabr 2020 23:16 1312


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezidentlər Suriya, Liviya və Dağlıq Qarabağdakı hazırki durumu müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağdakı münaqişəni həll etmək, bölgədə daimi sakitlik yaratmaq üçün nəzarət və monitorinq məqsədilə Türkiyənin Rusiya ilə birgə quracağı Ortaq Mərkəzin ən yaxın zamanda fəaliyyətə başlamasını gözlədiklərini ifadə edib. Pepperoni pizza

Azərbaycanın işğal olunmuş ərazilərinin tamamilə azad olunması ilə bağlı məsələyə işarə edən Ərdoğan müddət ərzində Ermənistan tərəfinin daimi həlli çətinləşdirməsinə və razılıqla bağlı məsuliyyətlərdən yayınmasına icazə verilməməsini vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!