Ərdoğan xaricdə yaşayan türklərə çağırış etdi 

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan xaricdə yaşayan türklərə çağırış etdi 

Siyasət

19 May 2023 11:37 811


Türkiyədə mayın 28-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin ikinci turu üçün xaricdə və gömrük qapılarında səsvermə sabah başlayır. 

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitterdə məlumat yayıb. 

O, seçkilərin ilk turunun yüksək seçici fəallığı ilə başa çatdığını xatırladıb: "Bütün çətinliklərə baxmayaraq, vətəndaşlıq vəzifənizi ən gözəl şəkildə icra etdiniz. Mənə və "Cümhur İttifaqına" hörmət göstərdiniz. Terror təşkilatı üzvlərinin təzyiqlərinə və iradənizi qırma cəhdlərinə məğlub olmadınız. Türkiyə demokratiyasının gücünə güc qatdınız".  Pepperoni pizza

Ərdoğan hər kəsi səsvermə hüququndan istifadə etməyə çağırıb: "Odur ki, hər kəsi səsverməyə çağırıram. İnşallah, bu sınaqdan da alnıaçıq çıxacağımıza ürəkdən inanıram". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!