Ərdoğanın Afinaya apardığı mühafizəçi diqqət çəkdi 

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın Afinaya apardığı mühafizəçi diqqət çəkdi 

Maraqlı

08 Dekabr 2023 17:14 22746


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və heyətinin Yunanıstan səfəri ilə bağlı detallar yerli medianın gündəmindədir. 

Metbuat.az xəbər verir ki, yerli media Ərdoğanın mühafizəsinə diqqət çəkib. “Proto Thema”qəzeti Ərdoğanın Afinadakı səfəri zamanı onu müşayiət edən uzunboylu mühafizəçiyə diqqət çəkib. Qəzet yazır ki, Ərdoğan və nümayəndə heyətinin Afinada səfəri zamanı gözlənilməz hadisənin qarşısını almaq üçün təhlükəsizlik yüksək səviyyədə təşkil edilib. “SKAI” televiziyasının məlumatına görə Prezident Ərdoğanı müşayət edən 2 metrlik mühafizəçi Afinanın “Eleftherios Venizelos” hava limanına enən kimi diqqət çəkib. 

Digər tərəfdən Yunanıstan mətbuatı Ərdoğanın səfəri üçün 47 silaha icazə verildiyi və onlardan 16-nın Ərdoğanın mühafizəçilərinə aid olduğunu yazıb. “Proto Thema” qəzeti də Ərdoğanın səfəri zamanı təhlükəsizliyin yüksək səviyyədə olduğunu vurğulayıb.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!