Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Həsən Ruhani və İraq Prezidenti Bərhəm Salehlə telefonla danışıb.
"Yeni Sabah" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın hər iki həmkarı ilə ayrı-ayrılıqda telefonla danışıb.
Bildirilir ki, dövlət başçılarının danışığı zamanı ikitərəfli münasibətlərə toxunulsa da, əsas müzakirə mövzusu son günlər bölgədə baş vermiş hadisələr və gərginliyin artması məsələsi olub. pizza sifarişi
Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi həlak olub.
Telegram kanalımız