Ərdoğanın rəqibi bu tarixdə bəlli olacaq  

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın rəqibi bu tarixdə bəlli olacaq  

Siyasət

20 Yanvar 2023 14:26 758


Türkiyədə növbəti prezident seçkiləriylə bağlı canlanma yaranıb. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bu ilin may ayında seçkilərin keçiriləcəyini açıqlaması onun rəqiblərini hərəkətə gətirib. Qardaş ölkədə prezident seçkilərinin may ayının 14-də keçiriləcəyi gözlənilir. 

Yenisabah.az xəbər verir ki, hakim düşərgədən sonra müxalifət cəbhəsi də seçki hazırlıqlarına başlayıb. Türkiyənin aparıcı müxalifət partiyalarının birləşdiyi “altılı masa” özünün vahid namizədini müəyyənləşdirmək üçün növbəti dəfə bir araya gəlib. Bu barədə isə “Reuters” məlumat yayıb.

Agentlik müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin baş müşaviri Ünal Çeviközə istinadla bildirib ki, “altılı masa” prezidentliyə namizədinin adının fevral ayında elan edəcək.  Toyuqlu pizza

CHP funskionerlərinin iştirakı ilə xarici jurnalistlər üçün mətbuat konfransı keçirən Ü. Çeviköz vahid namizədin kimliyi ilə bağlı hər hansı ipucu verməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!