“2023 seçkilərində Prezident Ərdoğana kimin rəqib olacağını demək çox çətin məsələdir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Türkiyədə yaşayan politoloq Toğrul İsmayıl deyib.
Siyasi şərhçi növbəti ildə Türkiyədə keçiriləcək prezident seçkiləri barəsində səsləndirilən ehtimalalra münasibət bildirib. pizza sifarişi
Mütəxəssin sözlərinə görə, ehtimal irəli sürmək çox çətindir:
“Bilirsiniz ki, burada iki əsas güc var: hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasının (MHP) başçılıq etdiyi koalisiya – Cümhur İttifaqı, digəri isə Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Parti, Demokrat Partiyası, (DP) Saədət Partiyası (SP), Demokratiya və Sıçrayış Partiyası (DEVA) və Gələcək Partiyasının (GP) üzv olduğu Millət İttifaqıdır.
Həmçinin, yeni seçki qanunu tətbiq edilməyə başladı və yeni qanunlar qəbul edildi. Bunlar da təbii ki, proseduru dəyişdirdi. İşin qəliz tərəfi də budur ki, Cümhuriyyət Blokunun namizədi Prezident Rəcəb Tayyib Ərdoğandırsa, qarşı tərəf hələ də öz namizədini açıqlamır. Adlar səslənir, İstanbul Bələdiyyə Başqanı Ekrem İmamoğlunun, eləcə də Ankara Bələdiyyə Başqanı Mansur Yavaşın ismi keçir. Cürbəcür fikirlər var, amma Millət İttifaıq deyilən koalisiya bu dəqiqə namizədini açıqlamayıb. Ona görə də, söyləmək də çətindir. Çünki altılı ittifaqdır və çıxarılacaq namizəd Prezident Ərdoğanla mübarizə apara biləcək biri olmalıdır”.
“Reytinqlər onu göstərir ki, bütün çətinliklər, iqtisadi böhran və digər məsələlərə baxmayaraq, R. T. Ərdoğan hələ də öndədir. O səbəbdən, bu, həsssas məsələdir. Konkret demək ki, kim olacaq, necə olacaq, olduqca çətin məsələdir. Bu, məncə, seçim qabağı müəyyənləşəcək. Dediyim kimi, namizədlər arasında Ekrem İmamoğlu ilə Mansur Yavaşın adı da keçir.
Bunu da unutmamaq lazımdır ki, Millət İttifaqı, əslində, Prezident idarə üsulunu dəyişmək istəyir. Ona görə də, onların prezidentliyə təqdim edəcəkləri namizəd sadəcə bütün müxalifəti birləşdirərək seçkini qazanacaq bir namizəd olmalıdır. Yoxsa onlar əsla güclü bir prezident istəməzlər. Namizədin adının deyilməməsi də, hesab edirəm ki, onun adının hallanmaması üçündür”, - deyə müsahibimiz əlavə edib.
Rafi MÜSLÜMOV
Telegram kanalımız