"Türkiyə Moskva və Kiyevi danışıqlar masasına oturtmaq üçün səylərini davam etdirir, vəziyyət mürəkkəbdir".
Yenisabah.az xəbər verir ki, bunu, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
Kalın İstanbulda, prezident ofisində ABŞ konqresmenləri ilə görüşüb. pizza
O bildirib ki, Türkiyə böhrana “son qoymaq” üçün Antalya və İstanbulda iki mühüm toplantıya ev sahibliyi edib.
Onun sözlərinə görə, hazırda danışıqlarla bağlı vəziyyət “nisbətən ağırdır”.
“Star” qəzeti Ərdoğanın nümayəndəsindən sitat gətirib: “Türkiyə hələ də hər iki tərəfin danışıqlar masası arxasında əyləşməsi üçün əlindən gələni edir”.
Ankaranın, vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün, bir çox mühüm təşəbbüslər və səylər göstərdiyini xatırladan Kalın, Türkiyənin Montrö Konvensiyası çərçivəsində hərbi gəmiləri Qara dənizdən uzaq tutaraq risklərin azaldılmasına köməklik göstərdiyini bildirib.
O, əlavə edib ki, Ukraynadakı vəziyyət "NATO müttəfiqliyinin və əlaqələrin gücləndirilməsinin vacibliyini göstərir".
Cavad Salmanli
Telegram kanalımız