Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlər ölkələrinin əməkdaşlığının hərtərəfli inkişafına bir daha sadiq olduqlarını vurğulayıblar. Həmçinin, enerji sektorunda əməkdaşlıq, Rusiya təbii qazının tədarükü və Türkiyədə regional qaz qovşağının yaradılması ilə bağlı mövzular da müzakirə edilib. Dördpendirli pizza
Danışıq zamanı Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Ukrayna taxılının Qara dəniz limanlarından ixracı, Rusiyadan qida və gübrə tədarükünün bərpası ilə bağlı 22 iyul 2022-ci il tarixli İstanbul sazişinin icrası nəzərdən keçirilib.
Telegram kanalımız