Erkən Alzheimerin 10 səssiz əlaməti

saytların hazırlanması

Evə çatdırılma

Erkən Alzheimerin 10 səssiz əlaməti

Sağlamlıq

20 İyun 2026 10:12 219


Alzheimer xəstəliyi adətən qəfil başlamır. İlk əlamətlər çox vaxt adi unutqanlıq kimi qəbul edilir və buna görə xəstəlik uzun müddət diqqətdən kənarda qalır. Dünyada hər 3 saniyədə bir nəfərə Alzheimer diaqnozu qoyulur və 2050-ci ilə qədər xəstələrin sayının 153 milyona çatacağı gözlənilir.

“Yeni Sabah”ın araşdırmalarına əsasən, xəstəliyin dəqiq səbəbi bilinməsə də, beyində beta-amiloid lövhələrinin toplanması və tau zülallarının pozulması nəticəsində sinir hüceyrələri məhv olur. Risk qrupuna 65 yaşdan yuxarı şəxslər, ailəsində Alzheimer olanlar, şəkərli diabet, yüksək təzyiq və piylənmədən əziyyət çəkənlər, həmçinin fiziki və sosial aktivliyi zəif olan insanlar daxildir.

Erkən mərhələdə müşahidə olunan 10 əsas əlamət bunlardır: pizza

Son zamanlarda baş verən hadisələri unutmaq;

Eyni sualları təkrar vermək;

Əşyaları qeyri-adi yerlərə qoymaq;

Tarixləri və görüşləri qarışdırmaq;

Tanış yerlərdə yolu itirmək;

Danışarkən uyğun söz tapa bilməmək;

Qərar verməkdə çətinlik çəkmək;

İnsanların adlarını və üzlərini unutmaq;

Xarakter və əhval dəyişiklikləri;

Gündəlik işləri yerinə yetirməkdə çətinlik çəkmək.

Mütəxəssislər bildirirlər ki, təkcə unutqanlıq Alzheimer demək deyil. Lakin bu əlamətlər davamlı şəkildə təkrarlanır və gündəlik həyata təsir göstərirsə, nevroloqa müraciət etmək vacibdir.

Diaqnoz üçün Mini-Mental test, MRT, PET müayinələri və qan analizlərindən istifadə olunur. Xəstəliyin tam müalicəsi olmasa da, erkən diaqnoz və müalicə onun inkişaf sürətini müəyyən müddət ləngidə bilər.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!