“Erkin Qədirlinin başı xarab olub” - ŞOK 

“Erkin Qədirlinin başı xarab olub” - ŞOK 

Siyasət Veb saytların hazırlanması

26 Yanvar 2023 14:47 4302


Milli Məclisin sabiq deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, 85 yaşlı professor Ağacan Abıyev millət vəkili Erkin Qədirlini sərt tənqid edib. 

Ağacan Abıyev Demokrat.az-a açıqlamasında bildirib ki, Erkin Qədirli ağlını itirib:

"Erkin Qədirlinin başı xarab olub, onun ağılı çaşıb. Mənim 90-a yaxın yaşım var. Azərbaycan parlamenti indiyədək bu qədər rüsvayçılıqla qarşılaşmayıb. Milli Məclis rəhbərliyi çağırıb ondan izahat almalıdır ki, səndə bu nəticə haradandır. Ümumiyyətlə, bu cür çıxış edən adamda ağıl ola bilməz. Erkin Qədirlinin səviyyəsi yoxdur. Ona sual vermək lazımdır ki, sən Azərbaycanı kimə satırsan? Onun kökünü araşdırmaq lazımdır. Çünki Erkinin bu çıxışı birmənalı olaraq Azərbaycan dövlətinin əleyhinədir". 

Professor Milli Məclisin İntizam komissiyasını təcili Erkin Qədirli ilə bağlı toplanmağa çağırıb:

"Əgər mən indi də Milli Məclisin İntizam komissiyasının sədri olsaydım, dərhal onu çağırıb danlayardım, izahatını alardım, sual verərdim ki, sən bu məlumatı haradan almısan? Məncə, ona xaricdən sifariş gəlib ki, Azərbaycana şər at. Çünki Erkinin hərəkətində başqa cür məntiq tapa bilmirəm". 

Xatırladaq ki, ötən gün Milli Məclisin deputatı Erkin Qədirli "Bizdə demokratik seçki yoxdur" deyə açıqlama verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!