“Erməni əsgərlərin telefonuna mesaj göndərdik və...” – Tələ

saytların hazırlanması

Evə çatdırılma

“Erməni əsgərlərin telefonuna mesaj göndərdik və...” – Tələ

Hadisə

29 Mart 2022 10:50 739


“Müharibə zamanı qanunsuz erməni silahlı birləşmələrinin komandirlərinin, onların əsgərlərinin telefon nömrələri bizə bəlli idi. Onlar bizim bir çox kibermüdaxiləmizi görüb bunun nəticələrindən sarsıldılar. Buna görə də interneti kəsdilər və yalnız SMS vasitəsilə məlumatlanırdılar”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar – DTX” sənədli filmində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı bildirib.  

“Biz erməni komandirlərin adından bütün əsgərlərə erməni dilində hərbi əmr göndərdik. Səhərə yaxın saat 4-də erməni dilində göndərdiyimiz mesajda belə yazılmışdı: “Dörd yolda toplanın və təzə əmr gələcək. Konfidensiallıq baxımından əmr açıqlanmır”, - deyə DTX nümayəndəsi əlavə edib. Toyuqlu pizza

O qeyd edib ki, ermənilər deyilən zamanda həmin məntəqəyə toplaşıblar:

“Bundan sonra pilotsuz uçuş aparatlarımız hərbi əməliyyatları yerinə yetirdi”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!