“Erməni hərbi qulluqçuları arasında atışma olub”

saytların hazırlanması

Evə çatdırılma

“Erməni hərbi qulluqçuları arasında atışma olub”

Hadisə

22 İyul 2020 08:00 1054


Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfinin cəbhədəki hücumla bağlı bəyanatını uydurma və dezinformasiya adlandırıb.

“Yeni Sabah” xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumatda belə deyilir.

“Bu istiqamətdə bizim tərəfimizdən heç bir hücum olmayıb. Əksinə, dövlət sərhədinin bizim tərəfdəki hissəsində sakitlik qorunub saxlanılır, bizim heç bir itkimiz yoxdur”. pizza

Bu sözləri Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin iddialarını cavablandırarkən deyib.

"Ancaq sərhədin o tərəfində erməni hərbi qulluqçuları arasında vahimə müşahidə olunur. Daha əvvəl biz Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərində atıcı silahlardan atəş səsləri eşidirdik. Göründüyü kimi, erməni hərbi qulluqçuları arasında növbəti atışma oldu.

Yenə demək istəyirəm ki, bizim tərəfimizdən heç bir yeni hücum və itki yoxdur və olmayıb. Erməni tərəfinin xəbəri növbəti dezinformasiyadır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!