“Paşinyanın “Politico”ya müsahibəsinə baxdım. Qısası, Paşinyan başa düşür ki, geriyə yolu yoxdur. Ona görə də hər şeyi özü üçün edir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri erməni əsilli rusiyalı media maqnatı Aram Qabrielyanov “Facebook” səhifəsində yazıb.
“O, canını qurtarmaq bahasına “Artsax”ı və Ermənistanı təslim edəcək. Amma bir şey aydındır. Rusiya olmadan Ermənistanın xristian kimliyini qoruyub saxlamaq imkanı yoxdur.
Sadə dillə desək, Paşinyan deyir ki, ya mənim həyatım, ya da Ermənistanın məhvi”.
Telegram kanalımız